İsveç parlamenti NATO qanun layihəsini təsdiqlədi

İsveç parlamenti ölkənin NATO-ya üzv olmasına icazə verən qanun layihəsini qəbul edib.

Bu gün parlamentdə keçirilən səsvermədə NATO-ya üzvlük 269 səslə 37 əleyhinə səslə təsdiqlənib.

Sol Partiya və Yaşılların Ətraf Mühit Partiyası NATO üzvlüyünün əleyhinə səs verib.

İsveçin NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanın icazəsi lazımdır. Hazırda 28 NATO ölkəsi Finlandiya və İsveçin NATO üzvlüyünü qəbul edib.(unikal)

Poliqon.info