İran Naxçıvanla sərhəddə 300 texnika, hərbçilər yerləşdirdi – Fotofakt

İran Naxçıvanla sərhədə hərbi texnika yığmağa başlayıb.

Poliqon.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, İran hökuməti Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərinə xeyli silah-sursat, 280-300 ədəd hərbi maşın cəmləşdirib.

Sərhəd yaxınlığına minə yaxın hərbçinin yerləşdirildiyi qeyd edilib.

Poliqon.info