Müharibə günü

Müharibədən gələn xəbərÜrəyimi gülləliyən an, Doğum evinin başındaBir ana bulud daşıyır çiyinlərim. Yüyürüb bir çağa həsrətin arxasında gizlənir əllərim.Yolunu gözlədikcə doğum gününün. Yollar sancı çəkir ayaqlarımda.

Bir az keçmiş, tibb bacısı oğlumun üzünü Tanrıdan gizlədib gətirdi kor bir pəncərəyə. Gördüm gözlərini, Ağaclar sevinc gətirdi qollarıma, Qucağıma aldım doğum gününü.

Müharibədən gələn xəbər;Qarşı pəncərədəKörpə bir səs atasız qalır. Hardasa bir ana oğlunu mərmilərin yadından çıxarır.

Müharibə şəkilli adamların arasında, Kəpənəklərə dil öyrətməkdir addımlarını böyütmək...

Rəqəmlərin ölümüymuş doğum günün.Cibimdə çağırış vərəqi, dilimdə doğum günün dayanmışam müharibənin ağzında.

Doğum günündən uzaqlaşdıqca, oğlum! Gözlərimdə uşaqlar müharibələrlə yaşıd qalır, Axı anaların qucağı həmişə körpədir.

(Cavid Fərzəli)

Poliqon.info