Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 166 570 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 552 tank, 6 879 zirehli maşın, 2 586 artilleriya sistemi, 507 reaktiv yaylım atəşi sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2 167 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 428 avtomobil texnikası və avtosistern, 266 xüsusi texnikadan ibarətdir. (oxu.az)

Poliqon.info