MN: "Erməni hərbçinin əsir götürülməsi barədə Ermənistanın yaydığı məlumat yalandır"

Erməni hərbçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır", - nazirliyin məlumatında qeyd olunub.

Poliqon.info