Azərbaycanda müşahidə edilən faktiki hava

Ölkə ərazisində martın 20-də arabir yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan yağıntının miqdarı Naxçıvanda 15 mm, Sədərəkdə 14 mm, Şərurda 13 mm, Ordubadda 7 mm, Şahbuzda 6 mm, Culfa, Gədəbəydə 2 mm, Beyləqan, Mingəçevir, Tovuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Zaqatala, Şəki, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Astara, Hacıkənddə 1 mm-dək olub.

Şərur, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Zərdab, Yevlax, Kürdəmir, Neftçala, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında müşahidə olunub, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvanda 16 dərəcəyədək isti, dağlıq rayonlarda 10 dərəcəyədək isti, aran rayonlarında 20 dərəcəyədək isti olub.

Martın 21-dən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Martın 23-24-də isə havanın sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz, mülayim yaz havası gözlənilir.

Poliqon.info