Bu gün “El-Klasiko” var

La Liqada bu gün “El-Klasik” oynanılacaq.

Poliqon.info xəbər verir ki, 26-cı turda lider “Barselona” 2-ci pillədəki “Real”la qarşılaşacaq. Matç yerli Bakı vaxtı ilə saat 00:00 başlayacaq. 

Bu komandalar arasında İspaniya kubokunun yarımfinalında keçirilən sonuncu görüşdə Kataloniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Barselona” hazırda 65 xalla 1-ci, “Real” 56 xalla 2-cidir.

Poliqon.info