Xolesterindən əziyyət çəkirsiniz?

Ölkəmizdə insanların bəlkə də cəmi 5 faizi qanlarındakı xolesterinin miqdarından xəbərdardır. Amma Avropada və Amerikada insanların 80 faizi xolesterinlərinin miqdarını bilir və onu qaydasında saxlamağa çalışırlar.

Poliqon.info Axşam.az-a istinadən bildirir ki, mütəxəssislər iddia edir:

qanda xolesterinin yüksək olması ateroskleroza (ürək-damar sistemi xəstəliyi) və artıq piylənməyə gətirib çıxarır. Buna görə də gəlin ehtiyatlı olaq. Xolesterini daim qaydada saxlamaq əsas şərtdir.

Əgər düzgün qidalansanız, qandakı xolesterini daim qaydasında saxlaya bilərsiniz:

Yumurta: həftədə 2-3 ədədKərə yağı: gündə 15-20 qr. Əgər bu azdırsa, gündəlik yağ qəbulunu zeytun və ya digər bitki yağı ilə əvəzləyə bilərsiniz.Ət və balıq: gündə cəmi 100 qr.Ət suyu ilə hazırlanan şorba: həftədə 1-2 dəfə 200 ml. Qalan günlərdə isə tərəvəzlərlə hazırlanan şorba içmək məsləhətdir.

Xolesterinin miqdarını artırır:· Şokolad və kakao.· Südlü və kərə yağlı dondurma, xama ilə hazırlanan krem, tort, pirojna, pudinq.· Qaymaq, pendir.· Ördək, qaz əti.· Hisəverilmiş kolbasa və ya toyuq.· Çipsi, çərəz.

Xolesterinin miqdarını azaldır:· Təbii giləmeyvələr və meyvələr.· Təbii meyvə şirələri.· Kahı, cəfəri, şüyüd və keşniş.· Tərəvəzlər.

Diqqət!· Gün ərzində bir qəhvə fincanı qədər ağ şərab içmək xolesterin problemini aradan qaldırır.

Qara çili istiotu da xolesterinlə mübarizə aparmaq üçün əla vasitədir.

Poliqon.info