Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq səs verib - Yenilənib

Qazaxıstanda parlamnet seçkiləri keçirilir...

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

O, bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilərdə iştirak edərək səs verib.

***

APA yerli mətbuata istinadən xəbər verir ki, prezident Kasım-Jomart Tokayev səs verib.

O, Astanada 58 saylı seçki məntəqəsində səs verib.

Qazaxıstanın əksər bölgələrində artıq seçki məntəqələri səsvermə üçün açılıb.

Seçkilərdə yeddi siyasi partiyadan 281 namizəd var.

Poliqon.info