Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldıldı

Türkiyənin Çanaqqala şəhərində Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

Poliqon.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb.

O bildirib ki, Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib.

Qeyd edək ki, abidə layihəsinin eskizini Prezident İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar hazırlayıb. Mərasimdə bir sıra şəxslər iştirak edib.

Poliqon.info