Ağdamda mərmi partlayıb, ekskavatorçu xəsarət alıb - Foto, Yenilənib

Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində patlayış baş verib...

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan bildirilib ki, hadisə kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

***

Bu barədə Poliqon.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib.

Hadisə zamanı texnikaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info