İndoneziyada Merapi vulkanı püskürməyə başlayıb

Yava adasında Merapi vulkanı püskürməyə başlayıb...

APA TASS-a istinadən xəbər verir ki, hazırda vulkanın kraterindən tüstü burumları qalxır, odlu lava yamaclardan aşağı axır.

Ərazidə təhlükə ikinci səviyyəyə qaldırılıb. Qonşu qəsəbələrin sakinlərinə əlavə diqqətli olmaları və rəsmi qurumların açıqlamalarına əməl etmələri tövsiyə olunur.

Poliqon.info