“20 Yanvar” metrosu yaxınlıqdakı məhəllə “dava meydanı”na çevrilib? - Video

“20 Yanvar” metro stansiyasının yaxınlığında tez-tez dava-dalaş müşahidə edilən məhəllə polis tərəfindən nəzarətə götürülüb

Oxu.Az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

***

Kimin nə problemi varsa, bu məhəllədə həll edir.

“20 Yanvar” metro stansiyasının yaxınlığında yaşayan sakinlər mütəmadi səs-küydən, dava-dalaşdan şikayət edirlər.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Videoda iddia edilir ki, “20 Yanvar” dairəsi yaxınlığında yerləşən binaların məhəllələri nəzarətsiz qalıb:

“Kimin nə problemi varsa, bu məhəllədə həll edir. Bağçanın həyətidir. Gecə saat 2-3 oldu, burada qrup kimi toplaşıb başlayırlar. Söyüş söyürlər, mübahisə edirlər. Nəzarət yoxdur buralara”.

Poliqon.info