Ukrayna SQ: Su-25 Polşa silahı ilə Baxmutda vurulub

Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Baxmut rayonunun Berestovo kəndi yaxınlığında Rusiyanın Su-25 təyyarəsini Polşanın “Piorun” portativ hava hücumundan müdafiə sistemi ilə vurublar...

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Ukrayna Milli Qvardiyasının mətbuat xidməti martın 6-da Baxmut vilayətində Spartalılar briqadasının hərbçiləri Polşanın Piorun portativ hava hücumundan müdafiə sistemi ilə Rusiyaya məxsus Su-25 hücum təyyarəsini vurub.

Hərbçilər köməyə görə polşalı dostlarına minnətdarlıqlarını bildiriblər.

Poliqon.info