Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Münsiflər heyəti tərəfindən açıq səsvermə ilə hər nominasiya üzrə 4 qalib müəyyən olunub...

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

Oxu.Az xəbər verir ki, 24 ölkədən rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə peşəkar rəssamlar arasında keçirilən müsabiqəyə 749 əsər təqdim olunub.

Münsiflər heyəti tərəfindən açıq səsvermə ilə hər nominasiya üzrə 4 qalib müəyyən olunub.

Qeyd olunan müsabiqədə Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev “Heykəltəraşlıq: portret” nominasiyası üzrə laureat seçilib.

Poliqon.info