Şabranda 2 yük maşını toqquşub, ölənlər var - Foto,Yenilənib

Hadisə nəticəsində yolda tıxac yaranıb...

Şabranda 2 yük maşını toqquşub, ölənlər va

Şabranda 2 yük maşını toqquşub, ölənlər var.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb "KaMAZ" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Faktla bağlı araşdırma aparılır.

***

Quba-Gəndob-Yalama yolunun 8-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, iki yük avtomobili toqquşub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza zamanı “KamAZ” və TIR toqquşub.

Hadisə nəticəsində “KamAZ”ın sürücüsü dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.

Poliqon.info