Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları bəlli olub

UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçuları bəlli olub.

"Report"un məlumatına görə, bu ada AL-də Portuqaliya "Sportinq"inin qapıçısı Antonio Adan, KL-də isə Belçika "Gent"inin hücumçusu Gift Emmanuel Orban layiq görülüblər.

Adan İngiltərədə "Arsenal"ı penaltilər seriyasında məğlub etdikləri cavab matçında (əsas vaxt - 1:1, penaltilər seriyası - 5:3 - E.S) 7 seyvlə yadda qalıb. Orban isə Türkiyədə "Başakşehir"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda 4 dəqiqəyə het-trik edib.

Poliqon.info