Bakı metrosunda qadınlar arasında dava - Yenilənib, Video

Qadınların Bakı metrosunun vaqonunda dava salmasından aidiyyəti qurumun xəbəri var.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

“Aidiyyəti üzrə yönləndirmişik, bu barədə tədbir görüləcək”, - B.Məmmədov bildirib.

***

Bakı metrosunda iki qadın arasında dava düşüb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qadınlardan biri digərinə təpik ataraq, söyüş söyüb.

Həmin görüntüləri təqdim edirik:

Poliqon.info