Ukraynada məhkəmə binasına gələn şəxs əlindəki qumbaranı partlatmaqla hədələyir - Video

Ukraynanın Çernovtsı şəhərinin mərkəzində əlində qumbara ilə Apellyasiya Məhkəməsinə gələn şəxs özünü partlatmaqla hədələyir.

İlkin məlumata görə, onun oğlu beş il müddətinə azadlıqdan məhrum edilib, bundan sonra kişi əlində qumbara ilə məhkəməyə gəlib və özünü partlatmaqla hədələyir.

Məhkəmə binasının yaxınlığında məktəb var, uşaqlar zirzəmiyə təxliyə olunublar.

Bomba təhlükəsi səbəbindən heç kim bayıra buraxılmır.

Poliqon.info