Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 44 avtomobili maneəsiz keçib 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 18 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb...

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik və 17 təminat və təchizat avtomobilləri Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 44-ə çatıb.

Poliqon.info