“Bu, bizim torpaqdır”: Danilov Baxmutdan geri çəkilmə ehtimalını dəyərləndirib...

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Donetsk vilayətinin Baxmut şəhərindən ukraynalı müdafiəçilərin çıxarılması ehtimalını şərh edib...

Poliqon.info xəbər verir ki, Ukrayna ordusunun Baxmutdan geri çəkilməsi ilə bağlı sualı cavablandıran Daniliv bildirib ki, Baxmut Ukraynanın əsas müdafiə nöqtəsi olaraq qalır və Ukrayna Silahlı Qüvvələri onu mümkün qədər uzun müddət saxlayacaq.

“Biz başa düşürük ki, bu, kimisə qıcıqlandırır, kimsə fikirləşir ki, biz təslim olmalıyıq. Amma bu, bizim torpağımızdır və bizim öz torpaqlarımızı qorumamaq haqqımız var”, - deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi deyib.

Poliqon.info