Si Tsinpin martın 20-22-də Rusiyaya dövlət səfəri edəcək

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 20-22 mart 2023-cü il tarixlərində Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiyaya dövlət səfəri edəcək...

Poliqon.info xəbər verir ki, bu barədə cümə günü, martın 17-də Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı siyasətçilər Rusiya və Çin arasında münasibətlərin gələcək inkişafının aktual məsələlərini, eləcə də iki ölkə arasında strateji qarşılıqlı əlaqələri müzakirə edəcəklər.

“Beynəlxalq arenada Rusiya-Çin əməkdaşlığının dərinləşdirilməsi kontekstində də fikir mübadiləsi planlaşdırılır. Bir sıra mühüm ikitərəfli sənədlər imzalanacaq” deyə Kremlin məlumatında bildirilir.

Poliqon.info