Məleykə Abbaszadə abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib.

Poliqon.info-nun xəbərinə görə, o, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın.

“Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb.

Poliqon.info