Blinken: Ukraynaya qırıcı təyyarələrin verilməsindən asılı qalmayın…

ABŞ Dövlət Katibi fikrincə, hazırda hər hansı bir xüsusi silah sisteminə diqqət yetirmək səhvdir…

Poliqon.info xəbər verir ki, ABŞ Dövlət Katibi Entoni Blinken kollektiv Qərbdəki müttəfiqlərini Ukraynaya hər hansı xüsusi növ silah və hərbi texnika ilə təmin etmək ideyası üzərində dayanmamağa çağırır.

“Biz diqqətimizi Ukraynanın ehtiyac duyduğu, istifadə edə biləcəyi şeylərə sahib olması üçün mümkün olan hər şeyi etməyə cəmləyirik. İlk növbədə, Rusiyanın hücumuna cavab vermək və qarşıdakı həftələrdə və aylarda əks-hücum əməliyyatlarına hazırlaşmaq üçün hazırda nəyə ehtiyacı varsa, Ukrauna ordunusu onunla təmin etməyə çalışırıq”, deyə Blinken bildirib.

Blinkenin fikrincə, hazırda hər hansı bir xüsusi silah sisteminə diqqət yetirmək səhvdir və önəmli olan yaz aylarında əks-hücuma hazırlaşmaqdır.

Poliqon.info