Çin şirkətləri Rusiyaya avtomat və gülləkeçirməyən zirehlər satır

Çin Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən pilotsuz təyyarə hissələri və zirehli geyimlər göndərib...

Biri Çin hökumətinə bağlı olan bir neçə Çin şirkətləri, Rusiyaya 1000-ə yaxın avtomat, həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən pilotsuz təyyarə hissələri və zirehli geyimlər göndərib.

Poliqon.info xəbər verir ki, bu barədə pPolitico nəşri ImportGenius aqreqatorunun təqdim etdiyi ticarət və gömrük məlumatlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ixracat 2022-ci ilin iyun və dekabr ayları arasında həyata keçirilib.

Politoco qeyd edir ki, Çinin ən böyük dövlət müdafiə podratçılarından biri olan “China North Industries Group Corporation Limited” ötən ilin iyununda CQ-A avtomatlarını Rusiyaya göndərib. Hesab-fakturalarda avtomatlar “mülki ov tüfəngləri” kimi qeyd olunub. Nəşr vurğulayır ki, CQ-A avtomatları Çinin hərbi polisi, eləcə də Filippin, Cənubi Sudan və Paraqvay silahlı qüvvələri tərəfindən istifadə olunur.

Gömrük məlumatlarına görə, 2022-ci ilin sonunda Rusiya təşkilatları Çindən PUA-lar üçün 12 partiya ehtiyat hissələri, həmçinin Türkiyə vasitəsilə göndərilən 12 ton Çin zirehli geyimi alıb.

Poliqon.info