Paşinyan: Sülh müqaviləsi ilə bağlı müzakirələrin 4-cü mərhələsinə başlanılıb

Baş nazir xatırladıb ki, İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya təqdim edəcək...

Yerevan tezliklə Bakının sülh müqaviləsi ilə bağlı növbəti təklifləri ilə bağlı öz müşahidələrini təqdim edəcək.

Poliqon.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

Baş nazir xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib.

“Yaxın vaxtlarda müzakirə edib müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq", deyə Paşinyan bildirib.

Poliqon.info