G7 Rusiya üçün neft tavanını dəyişməyəcək...

G7 ölkələri Rusiyadan alınan neftin qiymətini barrel üçün 60 dollar səviyyəsində saxlamaq niyyətindədir...

“Böyük yeddilər” (G7) ölkələri Rusiya neftinin müəyyən edilmiş qiymət tavanını bir barel üçün 60 dollar səviyyəsində saxlamağı düşünürlər.

Poliqon.info xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən The Wall Street Journal nəşri məlumat yayıb.

G7-nin planları ilə tanış olan rəsmilərin fikrincə, belə bir qərar bəzi Avropa paytaxtlarının mart ayında Rusiyaya qarşı Qərbin sanksiyalarının sərtləşdirilməsinə olan ümidlərini puça çıxarır.

Xatırladaq ki, 2022-ci ilin yayında Avropa İttifaqı Rusiya neft məhsulları və neftinə embarqo qoyub. Neft sanksiyaları dekabrın 5-dən, yanacaq məhdudiyyətləri fevralın 5-dən qüvvəyə minib.

Poliqon.info