Merkel tətil biletlərində qənaət etməyə qərar verib

Almaniyanın keçmiş kancleri Angela Merkel tətilə ekonom sinifdə uçub...

Poliqon.info xəbər verir ki, bu barədə Almaniyanın Bild tabloidi məlumat yayıb.

Almaniyanın keçmiş kancleri Angela Merkel tətilə ekonom sinifdə yola düşüb. Keçmiş siyasətçi tətilini həyat yoldaşı professor Yoahim Zauer ilə birlikdə Kanarya adalarındakı Fuerteventura adasında keçirib. Şahidlər cütlüyü "Eurowings" təyyarəsində görüblər.

Nəşrinin məlumatına görə, keçmiş kansleri təyyarəyə təhlükəsizlik xidmətinin əməkdaşları olan bir neçə nəfər müşaiət edib. Üstəlik, onu eniş zamanı tək buraxıblar.

Bild xəbər verir ki, Merkel təqaüdə çıxmasına baxmayaraq, hələ də dövlət hesabına mühafizə hüququna malikdir. Ancaq səyahət xərclərini əksər hallarda özü ödəməyi üstün tutur. Keçmiş kanslerin pensiyası təxminən 15 min avro təşkil edir.

Poliqon.info