Erməni İranşünas: “Biz böyük oyunun obyektinə çevrilmişik”

İranşünas Harut Artin Arakelyan son vaxtlar bir sıra hadisələrin İranla Azərbaycan arasında gərginliyin yeni mərhələsinə səbəb ola bilməyəcəyi qənaətindədir…

Poliqon.info xəbər verir ki, “Armenia Today” ilə söhbətində ekspert qeyd edib ki, son günlərdə baş verən bir sıra digər hadisələr də nəzərə alınmaqla, hazırkı mərhələdə İran-Azərbaycan münasibətlərində müəyyən qədər yumşalmalar olacaq.

Arakelyan bu proqnozu xüsusilə İran və Səudiyyə Ərəbistanı arasında imzalanmış son razılaşma ilə əlaqələndirib. O, qeyd edib ki, hazırda Azərbaycan İsrail üçün İrana qarşı fəaliyyətlərini həyata keçirmək üçün əsas məkana çevrilir.

“Son bir neçə gündə regionda baş verən dəyişikliklər misilsizdir. İran və Səudiyyə Ərəbistanı arasında Çinin vasitəçiliyi ilə əldə olunan razılaşma regionda yeni inkişaflara səbəb olacaq”, deyə erməni İranşünas bildirib.

Arakelyan hesab edir ki, İrəvan bu ölkələrlə daha sıx əməkdaşlıq etməli, əks blokun meydanında oynamağa çalışmamalıdır.

Poliqon.info