Naxçıvanda türkiyəli tələbələr arasında dava baş verib

Türkiyəli tələbələr arasında dava olub...

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə zamanı iki türkiyəli tələbə xəsarət alıb.

Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbələri, Türkiyə vətəndaşları 1999-cu ill təvəllüdlü Umut Ziyam Dostoğlu və 1999-cu il təvəllüdlü Saleh Engi Abdullrahman baş verən davada xəsarət alıblar. Onlar döyülmə faktı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info