Doqquz Qərb ölkəsi Ukraynaya 150-dən çox “Leopard” verəcək

Pentaqonun rəhbəri Lloyd Ostin doqquz Qərb ölkəsinin Ukraynaya 150-dən çox “Leopard” tankı verməyə söz verdiyini bildirib…

Doqquz Qərb ölkəsi ümumilikdə Ukraynaya Almaniya istehsalı olan 150-dən çox “Leopard” tankını təhvil verməyə söz verib.

Poliqon.info xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə hərbi yardım göstərən donor ölkələrin nümayəndələri ilə növbəti görüşündə bildirib.

“Ukraynaya “Leopard” tankları bağışlayan ölkələrin koalisiyası böyüməkdə davam edir. Doqquz ölkə artıq 150-dən çox “Leopard” tankını Ukraynaya təqdim etməyi öhdəsinə götürüb”, deyə ABŞ-ın Müdafiə Naziri bildirib.

Poliqon.info