ABŞ-ın çıxara bilmədiyi PUA-nı Rusiya dənizin dibindən çıxaracaq...

Rusiya dənizə düşən Amerika PUA-sının qalıqlarını dənizin dibindən çıxaracaq...

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dünən Qara dənizə düşən Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsinin qalıqlarını dənizin dibindən çıxarmağa çalışacaqlarını deyib.

Poliqon.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Patruşev həmçinin Amerika pilotsuz təyyarəsi ilə bağlı vəziyyətin ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakını təsdiqlədiyini bildirib. Patruşev qeyd edib ki, “MQ-9”la bağlı vəziyyət fonunda Rusiya öz suverenliyini müdafiə edir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə bildirib ki, Moskva kosmik, vizual və radio kəşfiyyatından çox fəal istifadə edir.

Poliqon.info