“Dua oxuyuram”: Kadırov xəstəliyi ilə bağlı şayiələri rədd edib...

Çeçenistan lideri Ramzan Kadırov sağalmaz xəstəliyə tutulması ilə bağlı şayiələr fonunda səhhətindən danışıb…

Poliqon.info xəbər verir ki, Ramzan Kadırov bu barədə özünün Teleqram kanalında yazıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov deyib ki, barmağına taxdığı cihaz tibbi cihaz deyil, dua sayğacıdır. Telegram-da yayımlanan videoda o, tamamilə sağlam olduğunu, sağalmaz xəstəlik haqqında şayiələrin reallıqla heç bir əlaqəsi olmadığını bildirib.

“Düşmənlərimiz bunun bir növ tibbi cihaz olduğunu düşünürlər. Bax, bu elektron sayğacdır. Bu cihazla gün ərzində nə qədər dua oxuduğumu sayıram. Ona görə də şayiələrin arxasınca yüyürməyək. Mən tamamilə sağlam insanam. Bəzi insanlar mənim görmə qabiliyyətimi də maraq edirlər. Deməliyəm ki, mənim görmə qabiliyyətim faizdir. Kim nə deyirsə desin, Axmat gücdür, Allahu əkbər”, deyə Kadırov telegram kanalında yazıb.

Poliqon.info