“Diplomatiya Könüllüləri” qrupuna qəbul başlayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir...

Bu barədə Poliqon.info-ya nazirlikdən xəbər verilib.

Bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərlə tanış olduqdan sonra, tələblərə uyğun olduğu təqdirdə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

Müraciətlərin qəbulu üçün son tarix 10 aprel 2023-cü ildir.

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur. Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat tərəfimizdən daha sonra elan ediləcək.

Poliqon.info