"Qarabağ" - "Qalatasaray" oyununun biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb

Qiymət müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir...

"Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Ağdam klubundan verilən məlumata görə, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.

Qiymət müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Iticket.az-ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu və iticket.az-dan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Poliqon.info