Ekmələddin İhsanoğlu: “İslamofobiya dünya üçün ciddi təhlükədir”

Qərbi inandırmalıyıq ki, müsəlmanlar Avropanı, onun dəyərlərini dəyişməyə çalışmır...

“İslamofobiya ilə mübarizədə müəyyən addımlar atmaq, açıq mövqe nümayiş etdirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş Baş katibi Ekmələddin İhsanoğlu Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, islamofobiya bu gün dünya üçün ciddi təhlükədir və əvvəlki illərlə müqayisədə indi İslamla bağlı manipulyasiyalar, islamofobiyanın siyasiləşdirilməsi, hüquqi çərçivənin yaradılması, islamofobiyanın institutlaşdırılması və konstitusiyalaşdırılması xüsusilə nəzərə çarpır: “İslamofobiya ilə mübarizə aparmaq, qarşıdurmadan əməkdaşlığa keçmək əzmindəyik. Qərbi inandırmalıyıq ki, müsəlmanlar Avropanı, onun dəyərlərini dəyişməyə çalışmır. Odur ki, belə populist bəyanatlara cavab verməli və narahatlıqları aradan qaldırmalıyıq”.

Poliqon.info