Qərb Hindirstanın Rusiyadan neft almasına görə narazı deyil…

Qərb dövlətləri Hindistanın Rusiyadan neft almasından açıq şəkildə narazı deyillər...

Poliqon.info “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu çərşənbə günü Hindistanın neft naziri Hardeep Singh Puri deyib. Nazir qeyd edib ki, Hindistan Rusiyadan almadığı halda, nefti Fars körfəzi ölkələrindən almalıydı və bu da qiymət artımına səbəb olacaqdı.

Singh Puri bildirib ki, Hindistan böyük neft istehlakçısı kimi bütün imkanlarından istifadə edir. Ölkə həmişə istənilən yerdən ən sərfəli qiymətlərlə enerji almaq hüququndan istifadə edib.

Qeyd edək ki, son bir neçə ildə Hindistan dünyada üçüncü ən böyük enerji istehlakçısına çevrilib.

2022-ci ilin mart ayına qədər Hindistan bütün idxal olunan neftin təxminən 0,2%-ni Rusiyadan alıb. Eyni zamanda, Puri vurğulayıb ki, onlar nefti Fars körfəzi ölkələrindən və ya daha yaxın olan qurumlardan ucuz alırlar. Bu gün isə Rusiyadan idxal artıb. Nazir qeyd edib ki, Hindistana tədarük edilən Rusiya nefti daha sərfəlidir.

Poliqon.info