Aktiv ƏDV ödəyicilərinin sayı açıqlandı

Cari ilin martın 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1% artaraq 719,0 min olub.

Poliqon.info İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aktiv ƏDV ödəyicilərinin sayı 2,9% artıb və 41,1 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ötən illə müqayisədə 0,6% artaraq 190,4 minə çatıb.

Poliqon.info