İlham Zəkiyev Qran Pridə finala yüksəlib

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə finala yüksəlib.

90 kq-dan (J1) yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu raundadək bütün rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, ötən gün 73 kq-dakı (J2) Namiq Abaslı qızıl medal qazanıb.

Poliqon.info