Kardioloq: Kilolu insanlar kimyəvi terapiyaya daha asan dözürlər

Ximioterapiya müalicəsi zamanı normal çəkidə olanlara nisbətən kilolu insanlar kimyəvi müalicəni daha yaxşı qəbul edirlər...

Kardioloq: Kilolu insanlar kimyəvi terapiyaya daha asan dözürlər

Ximioterapiya müalicəsi zamanı normal çəkidə olanlara nisbətən kilolu insanlar kimyəvi müalicəni daha yaxşı qəbul edirlər...

Poliqon.info xəbər verir ki, bu barədə kardioloq Olga Savonina Lenta.ru portalına bildirib.

“Kök xəstələr kimyəvi müalicə zamanı daha çox yağ toxumasına sahib olduqları üçün yan təsirləri daha az hiss edirlər”, deyə kardioloq bildirib.

Ekspert qeyd edib ki, bədən quruluşundan asılı olmayaraq bütün insanlar eyni xəstəliklərdən əziyyət çəkirlər.

Kilolu insanlarda ürək kontraktilliyini yaxşılaşdıran və ürək çatışmazlığının inkişafına mane olan qrelin hormonunu artır. Savonina əlavə edib ki, söhbət piylənmənin faydalı olmağından getmir, böyük bədən çəkisi həmişə çox miqdarda yağ toxumasının göstəricisi olmur.

Bundan əlavə, ekspert obez olan insanların ürək-damar sistemi xəstəliklərinin, həmçinin diabet və digər xəstəliklərin inkişaf risklərinin olduğunu da qeyd edib.

Poliqon.info