DeSantis: Ukraynaya dəstək ABŞ-ın həyati marağna aid deyil...

Ukraynaya dəstək ABŞ hakimiyyətini aktual problemlərdən yayındırır...

Poliqon.info xəbər verir ki, bunu Florida ştatının qubernatoru Ron DeSantis Fox News telekanalının aparıcısı Taker Karlsonun sualına cavab verərkən deyib.

“Birləşmiş Ştatların bir çox həyati milli maraqları var. Bunlara sərhədlərimizi qorumaq, ordunun döyüş hazırlığını gücləndirmək, enerji təhlükəsizliyinə nail olmaq və digərləri aiddirş Ukrayna və Rusiya arasındakı ərazi mübahisəsi bizim milli maraqlarımızın əsas proriteti deyil”, deyə DeSantis bildirib.

Qeyd edək ki, digər prezidentiliyə Respublikaçı namizəd, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da eyni suala cavab verib ki, Ukraynadakı münaqişə ABŞ-ın maraqlarına uyğun deyil, Avropa üçün faydalıdır.

Floridanın qubernatoru həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynada məqsədi sülh olmalıdır.

“Vətəndaşlarımızın da ABŞ vergi ödəyicilərinin Ukraynada milyardlarla dollarının necə istifadə edildiyini bilmək hüququ var”, deyə DeSantis əlavə edib.

Poliqon.info