İmran Xanın həbsinə yeni order verildi

O, martın 29-na qədər saxlanılmalı və məhkəmə qarşısına çıxarılmalıdır...

Pakistanın paytaxtı İslamabad məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həbsinə yeni order verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Xan polis əməkdaşlarına və qadın hakimə qarşı nalayiq ifadələr və təhdidlər səsləndirməkdə ittiham edilir.

Bildirilir ki, o, martın 29-na qədər saxlanılmalı və məhkəmə qarşısına çıxarılmalıdır.

Poliqon.info