Tramp ABŞ-da yeni “Böyük Depressiya” olacağını proqnozlaşdırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın iqtisadi problemlərinə görə Ağ Evin hazırkı sahibi Co Baydeni günahlandırıb və ABŞ üçün yeni “Böyük Depressiya” proqnozlaşdırıb…

Poliqon.info xəbər verir ki, Tramp cümə günü baş verən bank iflasından sonra ABŞ prezidenti Co Baydeni müasir dövrün Herbert Quveri (1929-1933-cü illərdə Amerika prezidenti – Poliqon-un qeydi) adlandırıb.

“İqtisadiyyatımızda baş verənlərə əsaslanaraq deyə bilərm ki, Co Bayden müasir dövrün Herbert Quveri olacaq. Bizi 1929-cu ildən daha pis “Böyük Depressiya” gözləyir. Mənim sözlərimin sübutu kimi banklar artıq iflasa başlayıb”, deyə bazar günü özünə məxsus olan Truth Social sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, cümə günü Kaliforniyanın Maliyyə Müdafiəsi Departamenti ABŞ-ın 16-cı ən böyük bankı olan “Silicon Valley Bank”ının müflis olduğunu elan edib.

Poliqon.info