Britaniya hərbi büdcəsini 5 milyard funt sterlinq artıracaq

Böyük Britaniya qarşıdakı iki il ərzində müdafiə xərcləri üçün əlavə 5 milyard funt-sterlinq ayıracaq...

Poliqon.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Ayrılan vəsait Böyük Britaniya, ABŞ və Avstraliyanın daxil olduğu AUKUS müdafiə alyansı çərçivəsində döyüş sursatı ehtiyatlarının artırılması, nüvə qüvvələrinin modernləşdirilməsi və sualtı qayıqların tikintisi proqramının maliyyələşdirilməsi üçün istifadə olunacaq. Qeyd edilir ki, 2020-ci ildə dörd illik müdafiə xərcləri 24 milyard funt sterlinq artırılıb ki, bu da “Soyuq Müharibə”dən bəri Böyük Britaniyanın hərbi xərclərindəki ən böyük artımdır.

“Baş nazir, həmçinin uzunmüddətli perspektivdə müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdırmağı qarşısına məqsəd qoyacaq”, deyə hökumətin açıqlamasında deyilir.

Poliqon.info