Gürcüstanda “ikinci cəbhə”nin açılmasına imkan verilməyəcək

Baş nazir Qaribaşvili: “Gürcü arzusu” ölkədə “ikinci cəbhə”nin açılmasına imkan verməyəcək…

Gürcüstanın baş naziri İrakli Qaribaşvili söz verib ki, rəhbərlik etdiyi “Gürcü arzusu” partiyası hakimiyyətdə olduğu müddətdə ölkədə “ikinci cəbhə”nin açılmasına imkan verməyəcək.

Poliqon.info xəbər verir ki, bu barədə IMEDI telekanalı məlumat yayıb.

“Mən bilirəm ki, Ukraynadan Gürcüstana onlarla insan gəlib. Mən onlara müraciət etmək istəyirəm. Burada nəsə olacağına dair illüziya və gözləntilərə qapılmayın. Heç nə olmayacaq, qardaşlar. Mən Ukraynadakı bütün döyüşçülərə ailələrinə sağ-salamat qayıtmalarını arzulayıram, lakin sizi çirkin təxribatlara uymamağa çağırıram”, deyə siyasətçi bildirib.

Qaribaşvili vurğulayıb ki, o, hərbçilərin siyasi aksiyalarda iştirakını yolverilməz hesab edir və Ukraynadan gələn təşviqatçıları da “təxribatçı” adlandırıb.

Gürcüstanın baş naziri həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini etirazları dəstəklədiyinə görə tənqid edib.

Poliqon.info