“Arsenal”dan böyük hesablı qələbə...

“Mançester Yunayted” autsayderlə bacarmadı...

İngiltərə Premyer Liqasında XVII tur davam edir.

Poliqon.info xəbər verir ki, lider “Arsenal” “Fulhem”in qonağı olub. London klublarının duelində “topçular” sevinib. Mikel Artetanın komandası səfərdə 3 cavabsız qolla qələbə qazanıb. Qabriel Maqalyansın hesabı açdığı qarşılaşmada digər qolları Gabriel Martinelli və Martin Edeqor vurub.

 Qələbə sayəsində xalını 66-ya yüksəldən “Arsenal” “Mançester Siti” ilə fərqi yenidən 5-ə yüksəldib. “Fulhem” isə 39 xalla 8-ci pillədə qalıb.

“Mançester Yunayted” bu tur “Sauthempton”u qəbul edib. Görüşdə hesab açılmayıb. “Qırmızı şeytanlar”ın heyətində Karlos Kazemiro 34-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

“Mançester Yunayted” 50 xalla 3-cü pillədədir. 22 xalı olan “Sauthempton” isə sonuncu - 20-ci sırada qərarlaşıb.

Poliqon.info