Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə qalib gəlib

Azərbaycan Basketbol Liqasında XXI tura yekun vurulub.

Poliqon.info xəbər verir ki, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində keçirilib.

“Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın yaşandığı gərgin mübarizənin sonunda bakılılar 86:80 hesabı ilə qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub.

Qeyd edək ki, XXII turun oyunları 15-19 mart tarixləri aralığında baş tutacaq.

Poliqon.info