Səfirliyə hücum: Tehranı ikiüzlü simasını ifşa edən daha bir video...

İranın paytaxtı Tehranda səfirliyimizə hücumla bağlı daha bir kadr yayılıb...

Poliqon.info axar.az-a istinadən xəbər verir ki, görüntülərdən də daha aydın olur ki, Tehrandakı səfirliyimizə hücum edən terrorçunun İran polisi ilə birlikdə sərbəst gəzməsi, polislərin yanında hədələrinə davam etməsi, öz cinayət alətlərini hadisə yerindən aparması və polisin buna müdaxilə etməməsi İran dövlətinin bu hücumda birbaşa iştirakını təsdiqləməkdədir.

Bundan əlavə, səfirliyimizə hücuma müdaxilə etməyən İran dövlət strukturları hücum zamanı əli alışan terrorçuya dərhal yardım göstərir.

Poliqon.info