Biləsuvarda qəza: Xəsarət alanlar var  

Bu gün günorta saatlarında Biləsuvar rayon Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, qəza zamanı sərnişin mikroavtobusu ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.

Zərbənin təsirindən hər iki avtomobil yoldan çıxıb. Hər iki maşına müxtəlif dərəcəli ziyan dəyib.

Hadisə zamanı ölən olmayıb, xəsarət alanların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

##galery##

Poliqon.info