Qrossi ikinci müddətə MAGATE-nin rəhbəri seçilib…

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarəçilər Şurası təşkilatın baş direktoru vəzifəsinə Rafael Qrossi yenidən seçilib…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə heyəti təşkilatın baş direktoru vəzifəsinə Rafael Qrossi yenidən seçilib.

Qrossi 2019-cu ildən MAGATE rəhbəridir. Bundan əvvəl o, Argentinanın Avstriyada, MAQATE-də və Vyanada yerləşən digər beynəlxalq təşkilatların səfiri olub.

Qrossi 2027-ci ilin dekabrına qədər təkrar MAGATE-nin rəhbəri seçilib.

Poliqon.info